AZƏRBAYCAN ƏDLİYYƏSİNİN DAVAMLI İNKİŞAFI

AZƏRBAYCAN ƏDLİYYƏSİNİN DAVAMLI İNKİŞAFI

Bəli, Azərbaycan çox sürətlə inkişaf edir. Regionun ən qüdrətli ölkələrindən birinə çevrilmiş respublikamızın uğurlarının təməlində müdrik siyasət və bütün çətinlikləri aşaraq qurulmuş idarəetmə prinsipləri durur. Ölkəmizdə bu böyük siyasətin banisi ulu öndər Heydər Əliyev olubsa, günün reallıqlarına əsaslanan müasir idarəetmə prinsiplərinin müəllifi möhtərəm Prezidentimiz İlham Əliyevdir.

Hər bir hüquqi dövlətin idarə edilməsində ədliyyə strukturu mühüm yer tutur. Ədliyyə olmasa dövləti idarə etmək qeyri-mümkün olardı. Azərbaycanın ədliyyə tarixinin də özünəməxsus inkişaf yolu vardır. Azərbaycan Ədliyyə Nazirliyinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verdiyinə görə təsadüfi deyil ki, elə 1918-ci ilin may ayının 28-də Tiflisdə Fətəli xan Xoyski tərəfindən 1-ci hökumət təşkil edilərkən Ədliyyə Nazirliyi də yaradılmışdır.

Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyəti, yenilməz sərkərdə cəsarəti və diplomatik məharəti sayəsində tarixinin şanlı günlərini yaşayır. 30 ilə yaxındır mənfur erməni işğalçılarının əsarətində olan doğma Qarabağımız, dədə-baba torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən azad edilir, ərazi bütövlüyümüz bərpa olunur.

Milli müstəqilliyimizin simvolu olan Dövlət Bayrağı Günü qeyd olunan bu ərəfədə xalqımızın qalibiyyət rəmzi - Şuşa şəhərinin işğaldan azad olunması ilə Qələbə çaldığımız tarixi gün münasibətilə Ədliyyə Nazirliyində yığıncaq keçirilib.
AZƏRBAYCAN ƏDLİYYƏSİNİN DAVAMLI İNKİŞAFI

Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbə qazanması və Bayraq Günü münasibətilə kollektivi təbrik edib. Nazir hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində Şuşanın düşmən tapdağından qurtarılaraq bayrağımızın sancılmasının mübarizəmizin dönüş nöqtəsi olduğunu, 300-dən çox yaşayış yerlərinin və yüksəkliklərin işğaldan azad edildiyini qeyd edib, dövlətimizin başçısının ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətinin şərəflə icra etdiyini, "Qarabağ Azərbaycandır!" ifadəsinin bu tarixi gündə Qələbəmizin rəmzinə çevrildiyini vurğulayıb.

Tədbirdə erməni işğalçılarının əsarətində olan doğma torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şuşada və işğaldan azad olunan digər ərazilərdə doğulan Ədliyyə işçiləri öz sevinclərini bölüşərək, xalqımıza unudulmaz və ölçüyəgəlməz fəxarət hissləri yaşatdığı üçün cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun I Vitse-Prezidenti Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını ifadə ediblər.
AZƏRBAYCAN ƏDLİYYƏSİNİN DAVAMLI İNKİŞAFI

Bildirilib ki, böyük ruh yüksəkliyi ilə Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımız, o cümlədən ədliyyə işçiləri və hakimlər qələbələr bəxş edən dövlətimizin başçısı və ordumuzla həmrəylik nümayiş etdirərək qürurla dalğalanan üçrəngli bayrağımızın Dağlıq Qarabağın hər yerində ucalacağı üçün çox sevincli və xoşbəxtdir.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən düşmənin hərbi təxribatlarının qarşısı qətiyyətlə alınır.

Döyüş meydanında məğlubiyyətə uğrayan işğalçı Ermənistanın qəsdən mülki əhaliyə hədəflənən qeyri-insani əməllərindən əl çəkməyərək beynəlxalq hüququn qadağan etdiyi kasset bombaları və ballistik raketlərlə Bərdədə qətliam törətməsi ilə bağlı Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən xarici ölkələrin ədliyyə nazirlərinə xüsusi müraciət ünvanlanıb.

Müraciətdə beynəlxalq ictimaiyyətin lazımi reaksiya göstərmədiyindən daha da azğınlaşan Ermənistanın ölkəmizə qarşı terror və hərbi təxribatlarının, xüsusilə Bərdədə törədilmiş hadisələrin dəhşətləri barədə məlumat verilib.

Türkiyə Respublikasının Ədliyyə naziri Abdulhamit Gül dost və qardaş Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən şanlı Qələbə münasibətilə Fikrət Məmmədovu təbrik edib, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin haqq davasında zəfər çalması ilə bağlı sevincini bölüşüb. Türkiyəli nazir xalqlarımızın və dövlətlərimizin hər zaman bir-birinin yanında olduğunu qeyd edərək bundan sonra da dəstəyini əsirgəməyəciyini vurğulayıb.

Azərbaycanın Ədliyyə naziri Fikrət Məmmədov təbrikə görə təşəkkürünü bildirib, müharibənin ilk günündən qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün türk xalqının Azərbaycanın yanında olduğunu qeyd edib, bu ərəfədə yüksək səviyyəli şəxslərin ölkəmizə dəstəkverici səfərlərini xüsusilə vurğulayıb.

Nazir A.Gülə səmimi dəstəyinə, o cümlədən tvitter hesabı ilə ürək sözlərinə görə minnətdarlığını ifadə edərək, Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyətinin önəmli addım olduğunu bildirib.

Müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı, dövlət gənclər siyasətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Gənclərə daim qayğı ilə yanaşan Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik tədbirləri görülüb, Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı ilin 2 fevral tarixində Azərbaycan Gənclərinin I Forumu keçirilib, Ümummilli Liderin Sərəncamı ilə Gənclər Günü təsis olunub. Dövlət orqanlarının diqqətini gənclərlə bağlı problemlərin həllinə yönəltmək məqsədilə "Dövlət gənclər siyasəti" haqqında Fərman və xüsusi Qanun qəbul olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib.

1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə nəticələnib.

1993-cü il iyunun 15-də Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. O, belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə əhatə edirdi.

Hal-hazırki dövrümüzdə ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq, vətənpərvər yeni nəsil formalaşır, gənclərin cəmiyyətdə fəallığı, idarəetmədə rolu artır, onlara mühüm rəhbər vəzifələr etibar olunur, seçkili orqanlarda iştirak üçün geniş imkanlar yaradılır.

2003-cü ildən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin bu günkü fəaliyyətinə, ölkədə aparılan hüquqi islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatlarının keçirilməsi məsələlərinə xüsusi diqqət ayırır. Ədliyyə Nazirliyinin MDB və dünyanın digər ölkələrin uyğun strukturları ilə qarşılıqlı münasibətləri formalaşmışdır. Belə ki, Ədliyyə Naziri Fikrət Məmmədovun başçılığı ilə ədliyyənin Beynəlxalq münasibətlərinin genişləndirilməsi, nazirlik əməkdaşlarının xarici ölkələrə səfərləri və mötəbər Beynəlxalq tədbirlərdə iştirakı Azərbaycan Ədliyyə sisteminin tarixində yeni mərhələdir. O cümlədən Ədliyyə Nazirliyinin son illər xeyli genişlənən ikitərəfli əlaqələri Türkiyə, Fransa, Rusiya, İtaliya, Ukrayna, Litva, İran və başqa dövlətlərlə qarşılıqlı hüquqi əməkdaşlığı səviyyəsini keçirmişdir.

Bu gün müasir ədliyyə və məhkəmə sisteminin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə, prokurorluq və digər hüquq-mühafizə fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu. Bu gün bu sahədə islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Bəli, Azərbaycan ordusu 30 ilə yaxın davam edən işğalı 44 günə zəfərlə bitirdi. Bu qələbə hər birimiz üçün çox sevindirici haldır. Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyev və müzəffər ordumuz şanlı tarix yazdı.

Bu qələbə münasibətilə xalqımızı təbrik edirəm, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bu zəfərin əsas səbəbi xalqın və hakimiyyətin yumruq kimi birləşməsi oldu. Kimliyindən asılı olmayaraq bütün Azərbaycan bir ürək oldu. Azərbaycan xalqı bir daha dünyaya necə qüdrətli və qürurlu xalq olduğunu bəyan edərək sübut etdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan və 44 gün davam edən müharibə nəticəsində 4 qəsəbə ,5 şəhər, 286 kənd və çoxlu sayda strateji yüksəklik işğaldan azad edildi. Azərbaycan şanlı ordusunun yüksək peşəkarlıqla apardığı əks-hücum əməliyyatı, istifadə etdiyi hərbi texnika dünya ölkələrinin marağına səbəb oldu.
AZƏRBAYCAN ƏDLİYYƏSİNİN DAVAMLI İNKİŞAFI

Onu da qeyd edim ki, Ədliyyə Nazirliyinin əməkdaşları ölkəmizdə müharibə gedən çətin bir dövrdə, (COVİD-19) koronovirus xəstəliyinin hökm sürdüyü şəraitdə belə vətəndaşlara layiqincə xidmət edir, onların qayğılarına qalır və problemlərini həll edirlər.

Biz tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.

Keçdiyi şərəfli 102 il ərzində Azərbaycan Ədliyyə Nazirliyi Azərbaycan dövlətinə, vətəndaşlarına ləyaqətlə xidmət etmiş və bu gün Azərbaycanda demokratik dövlət quruculuğu prosesində fəal iştirak edir. Yaranmasının 102 illiyi münasibətilə ilə başda Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədov olmaqla bütün Ədliyyə əməkdaşlarını təbrik edir, hüquqi dövlət quruculuğu prosesində ugurlar arzulayıram.

Təranə Novruzova
Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi
1-ci dərəcəli ədliyyə qulluqçusu
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter