Prezident köməkçisindən sosial şəbəkələrdə yazılanlara reaksiya

  • 11.11.2020, 22:25,
  • Siyasət
  • Baxılıb: 23
Prezident köməkçisindən sosial şəbəkələrdə yazılanlara reaksiya

"Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır".

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.

General-polkovnikin sözlərinə görə, hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir:

"Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ona görə də bəzi sosial şəbəkə istifadəçilərinin əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir hərbi-siyasi bilgilərə sahib olmadan, müxtəlif yanlış məlumatları ictimailəşdirmələrini doğru hesab etmirəm. Fikrimcə bu kimi addımlar həmin “internet qəhrəmanlarının” Azərbaycan Ordusuna, Şəhidlərinə və bütünlükdə Azərbaycanımıza qarşı hörmətsizliyidir".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter