“Ermənistan hərbi qərargahlarını uşaq bağçasına köçürüb”
- 03.11.2020, 15:30,
- Siyasət
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
“Ermənistan silahlıları tərkibində azyaşlı uşaqlar da Azərbaycana qarşı döyüşlərə cəlb olunur”."Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Ermənistan uşaq hüquqları sahəsində cinayət əməllərinə yol verir:
“Uşaqları məcburən hərbi əməliyyatlara cəlb edirlər. Ermənistan silahlı qüvvələri Xocalı faciəsində də azərbaycanlı uşaqları öldürərək, işgəncə verərək cinayət törədib. Bu yaxınlarda Gəncə şəhərinə atılan raketlər zamanı da hətta südəmər uşaqlar da qətlə yetirilib.
Ermənistan işğal altında olan ərazilərdə hərbi qərargahlarını uşaq bağçasına köçürüb, hərbi əməliyyatları oradan idarə edir. Bunun da səbəbi odur ki, Ermənistan rəhbərliyi Azərbaycanın hərbi əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun aparır və xəstəxanaları, uşaq bağçalarını, məktəbləri hədəf almır”.