Bayramov Çavuşoğlu ilə Qarabağdakı son vəziyyəti müzakirə etdi

  • 15.10.2020, 00:00,
  • Siyasət
  • Baxılıb: 16
Bayramov Çavuşoğlu ilə Qarabağdakı son vəziyyəti müzakirə etdi

15 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-dən "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, Ceyhun Bayramov Ermənistan tərəfindən humanitar atəşkəsin kobud şəkildə pozulması və Azərbaycanlı dinc insanların və mülki obyektlərin atəşə tutulması barədə məlumat verib. İnsanların dəfn mərasimində atəşə tutulmasını barbarlıq kimi qiymətləndirən nazir Ceyhun Bayramov, Tərtərdə 3 mülki şəxsin qətli və 5 nəfərin yaralanması ilə nəticələnən hücumu Ermənistanın növbəti müharibə cinayəti olduğunu vurğulayıb.

Mevlüt Çavuşoğlu Ermənistan silahlı qüvvələrinin dinc insanları hədəfə alınmasını qətiyyətlə pisləyib. Mülki insanların həyatını itirməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

Nazirlər bölgədə sülhün təmin olunması üçün BMT TŞ-nin qətnamələrinin tələb etdiyi kimi Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxmasının vacibliyini vurğulayıblar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter