Ermənistan ordusu general və iki polkovnikini itirdi
- 28.09.2020, 21:10,
- Siyasət / Xəbər
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah Kəşfiyyat Müdirliyinin başçısı, general-mayor Arakel Martikyan təmas xəttində partlayış nəticəsində ölüb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın sosial media səhifələrində məlumat yayılıb.
Bundan başqa Ermənistan ordusu daha iki yüksəkrütbəli zabitini itirib. Belə ki, Xüsusi Təyinatlı Briqadanın komandiri, polkovnik-leytenant Vardanyan Lernik Aregi (1978) və Ağdərə istiqamətində isə Ermənistan ordusunun polkovniki Nikolay Mikaeloviç Aykyan (1972) ordumuz tərəfindən məhv edilib.