Ceyhun Bayramov daha 2 həmkarı ilə fikir mübadiləsi apardı
- 17.07.2020, 21:00,
- Siyasət
Baxılıb: 232
Facebook
Вконтакте
Одноклассники
Google+
Xarici İşlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.Xarici İşlər Nazirliyindən "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, nazir Ceyhun Bayramov Gürcüstandan olan həmkarının təbriklərini qəbul edib.
Tərəflər Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin geniş spektri üzrə fikir mübadiləsi aparıb və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Gürcü həmkarını Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi və bu cəhdin qarşısının alınması, eləcə də bölgədə hələ də davam edən gərgin vəziyyət barədə məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasının, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığının təmin olunmasının vacibliyini qeyd edib.
***
Xarici İşlər naziri Ceyhun Bayramovun Litva Xarici İşlər naziri Linas Linkeviçius arasında da telefon danışığı baş tutub. Nazir Linas Linkeviçius Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olması münasibətilə Ceyhun Bayramovu təbrik edib, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyində olan bir sıra məsələlər və onların gələcək inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə litvalı həmkarını məlumatlandırıb. O, bölgədə yaşanan gərginliyin əsas səbəbinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən təcavüz siyasəti və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğal altında saxlaması, eləcə də bu ərazilərdə yerli azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsi olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasının yeganə yolunun işğalçı Ermənistan qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması və bütün məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasından ibarət olduğu vurğulanıb.
