Həmsədrlərlə Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüş vaxtı açıqlandı
- 28.07.2020, 19:50,
- Siyasət
Baxılıb: 60
Facebook
Вконтакте
Одноклассники
Google+
Əgər iki dövlətin münasibətlərində vəziyyət və koronavirus pandemiyasının dinamikası imkan verərsə, ATƏT-in Minsk qrupu çərçivəsində 3+2 formatında (Rusiya, ABŞ və Fransadan olan üç həmsədr və Ermənistan və Azərbaycan Xarici İşlər nazirləri) Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə dair görüşün payızın əvvəlində keçirilməsi mümkündür. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən bildirir ki, bu barədə “RİA Novosti”yə RF XİN-dəki mənbə məlumat verib.“İki dövlətin münasibətlərində vəziyyət və pandemiyanın dinamikası imkan verərsə, ATƏT-in Minsk qrupu çərçivəsində 3+2 formatında görüş payızın əvvəlində baş tuta bilər”, - agentliyin həmsöhbəti deyib.
“Hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında sərhəddə kifayət qədər gərgin qalan vəziyyəti aradan qaldırmaq və ATƏT-in Minsk qrupu çərçivəsində diplomatik həll axtarışını gücləndirməkdir” – Rusiya XİN-dəki mənbə deyib.
O qeyd edib ki, mümkün görüşün yeri hələ müəyyənləşdirilməyib, o, istənilən yerdə keçirilə bilər.