“Ermənistan-Azərbaycan problemi ilə bağlı çağırışlar diqqət mərkəzindədir”
- 16.07.2020, 23:30,
- Dünya
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
"ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı sülh yolu ilə həllinə kömək etməkdə qərarlıdır"."Qanunyolu.info.az", "Qafqazinfo"nun Trend-ə istinadən məlumatına görə, bunu ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) daimi nümayəndəsi Ceyms Qilmor deyib.
C.Qilmor bildirib: "Bu məqsədə çatmaq üçün göstərilən səylərdə fəal iştirak etməyə bundan sonra da davam edəcəyik. Ermənistan-Azərbaycan problemi ilə bağlı çağırışlar diqqət mərkəzindədir".
ABŞ-ın daimi nümayəndəsi qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri prosesdə fəal iştirak edir:
"Dünən həmsədrlər mətbuata açıqlama verərək, o vaxtda hərbi əməliyyatların azalmasını alqışladılar və hər iki tərəfi deeskalasiyanın davam etdirməsi üçün səy göstərməyə çağırdılar. Həmsədrlər, həmçinin tərəfləri təhrikedici ritorikadan və vəziyyəti deyişmək cəhdlərindən çəkinməyə çağırıblar".