Yeni Təhsil naziri kimdir?
- 27.07.2020, 13:20,
- Siyasət
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamıyla Emin Əmrullayev yeni Təhsil naziri təyin edilib. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü E. Əmrullayev bu təyinata qədər Təhsil İnstitutunun direktoru vəzifəsini icra edib. O, Təhsil İnstitutundakı vəzifəsinə bu ilin yanvarından təyinat alıb.
Təhsil İnstitutunun direktoru olana qədər isə Emin Əmrullayev nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifəsində çalışıb.
1999-2003- cü illərdə Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.
2007-2015-ci illərdə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.
Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.
Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.
Ailəlidir, 2 övladı var.
Xatırladaq ki, Ceyhun Bayramov iyulun 16-da dövlət başçısının sərəncamı ilə Təhsil naziri vəzifəsindən azad edilərək XİN rəhbəri təyin edilmişdi.
