Prezident Seymur Orucovu və Elçin Rzayevi icra başçısı təyin etdi

  • 21.05.2020, 13:00,
  • Siyasət
  • Baxılıb: 342
Prezident Seymur Orucovu və Elçin Rzayevi icra başçısı təyin etdi










Prezident İlham Əliyev Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barəsində sərəncam imzaladı.

"Qanunyolu.info.az" xəbər verir ki, Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Orucov Seymur Vaqif oğlu 1984-cü il oktyabr ayının 27-də Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2001-ci ildə bitirib. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsinə daxil olub, 2005-ci ildə bakalavr təhsil pilləsini bitirib. 2005-ci ildə universitetin magistr təhsil pilləsinə “Maliyyə-kredit” ixtisası üzrə qəbul olub və 2007-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi alıb.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasına aspirant kimi qəbul olunub. 2010-cu ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün “Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işini müdafiə edib.
2006-cı ildən 2009-cu ilin iyun ayına kimi Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

2009-cu ildən 2011-ci il aprel ayınadək Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri və 2009-cu ilin noyabr ayından 2011-ci ilin aprel ayınadək tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsində faəliyyət göstərib.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinə, 04 aprel 2011-ci ildə isə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 04 iyun 2010-cu il tarixli 951 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif olunmuşdur.
Prezident Seymur Orucovu və Elçin Rzayevi icra başçısı təyin etdi













2-ci sərəncama əsasən Prezident İlham Əliyev İmişli rayonuna da yeni icra başçısı təyin edib.
"Qanunyolu.info.az" yeni başçı haqda bəzi məlumatları əldə edib.

Elçin Rzayev bu təyinata qədər sıra dövlət vəzifələrində çalışıb. Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

Əziz Əzizov Cəlilabaddan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqdan sonra E.Rzayevi rayonun Ərazi İdarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edib. Qısa vaxtdan sonra isə 2018-ci ilin fevral ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Elçin Rzayev Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumudur.

Elçin Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də çalışıb.
Prezident Seymur Orucovu və Elçin Rzayevi icra başçısı təyin etdi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter