ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi - Fotolar

ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi - Fotolar












Los Ancelesdə yaşayan ermənilər ötən gün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

Los Ancelesdəki Baş Konsulluqdan "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri ermənilərin təxribatına mane olublar. İngilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət”, “Ermənistan COVID-19 pandemiyası dövründə Azərbaycana qarşı müharibəyə başlayır. Ar olsun!” və digər çoxsaylı şüarlar yazılan şəkilli plakatlar nümayiş etdiriblər.

Ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Təhlükəsizliyi təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb.

Biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb, xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək xəsarət alan həmyerlilərimiz ilə görüşərək erməni cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır.
ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi - Fotolar
ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi - Fotolar
ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi - Fotolar
ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi - Fotolar
ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi - Fotolar
ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter