Budapeştdə erməni təcavüzünə qarşı kütləvi mitinq keçirildi - Fotolar + Video

  • 18.07.2020, 18:55,
  • Dünya
  • Baxılıb: 23
Budapeştdə erməni təcavüzünə qarşı kütləvi mitinq keçirildi - Fotolar + Video














Budapeştin mərkəzində, Qəhrəmanlar Meydanında həmvətənlərimizin kütləvi aksiyası keçirilib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, “Qardaşlıq” Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyi (AHYU) və bu yaxınlarda Budapeştdə açılan Azərbaycan Evinin birgə təşəbbüskarlığı ilə Dunay üzərində şəhərin mərkəzi hissəsində keçirilən mitinqdə “Erməni təcavüzünü dayandırın!”, “Qarabağ – Azərbaycandır!”, “Ermənistan beynəlxalq hüquqa etinasızlıq göstərir!”, “Ali Baş Komandan, biz sizin əsgərlərinizik!” kimi şüarlar səsləndirilib. Aksiya iştirakçıları əllərində Azərbaycan, Türkiyə, Macarıstan bayraqları, həmçinin Ermənistanın regionda davranışını pisləyən transparantlar tutublar.

İştirakçılar arasında müxtəlif, o cümlədən türk, qazax, Bosniya diasporlarının təmsilçiləri də olub.

Mitinq insidentsiz keçib, çaşqın və köməksiz halda kənarda dayanaraq, öz ölkələrinin necə “yuyulub sərilməsini”, onun “tarixi xüsusiyyətləri” və “Allah tərəfindən seçilmələri” barədə yalanların necə ifşa edilməsini izləyən ermənilər də hər hansı provokasiya törətməyə cəsarət etməyiblər.

Budapeştdə erməni təcavüzünə qarşı kütləvi mitinq keçirildi - Fotolar + Video
Budapeştdə erməni təcavüzünə qarşı kütləvi mitinq keçirildi - Fotolar + Video
Budapeştdə erməni təcavüzünə qarşı kütləvi mitinq keçirildi - Fotolar + Video
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter