Deputatdan dövlətdən maliyyə yardımı alması xəbərinə reaksiya

  • 08.07.2020, 12:15,
  • Siyasət
  • Baxılıb: 20
Deputatdan dövlətdən maliyyə yardımı alması xəbərinə reaksiya












Milli Məclisin deputatı Erkin Qədirli pandemiyaya görə dövlətdən maliyyə yardımı alması xəbəri ilə bağlı məsələyə aydınlıq gətirib.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun məlumatına istinadən, E. Qədirli bildirib ki, o VÖEN-ini 13 mart 2020-ci ildən 2025-ci il tarixədək bağlayıb: “Mənim hesabıma ödənilmiş məbləğ (350 manat) 13 mart 2020-ci il tarixinədək ödədiyim vergilərə mütanasib hesablanıb. Həmin məbləği də cibimə qoymamışam, xeyriyyə məqsədilə xərcləmişəm. Onu da deyim ki, AŞPA-da nümayəndə heyətinin üzvü kimi, 2018-2019-ci illərdə aldığım gəlirlər və ödədiyim vergilər haqqında bəyannaməmi Strasburqa göndərmişəm”.

Qeyd edək ki, ötən gün Yeniavaz saytında pandemiyadan zərərçəkməsinə görə 3 deputatın dövlətdən maliyyə yardımı almasıyla bağlı iddia yayımlanıb. Həmin adlar arasında Erkin Qədirlidən başqa, millət vəkilləri Aqil Abbasla Vüqar Bayramovun da adı var.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter