Bu məhsulların ölkədən çıxışına qadağa qoyuldu - Siyahı

  • 30.06.2020, 20:15,
  • Siyasət
  • Baxılıb: 22
Bu məhsulların ölkədən çıxışına qadağa qoyuldu - Siyahı












Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib.

Siyahıya aşağıdakı mallar daxildir:

- Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti

- Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar

- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan

- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan

- Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)

- Dezinfeksiyaedici vasitələr

- Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər

- Baxillər

- Steril və qeyri-steril əlcəklər

- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar

- Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)

- Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər

- Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı

- İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter