Ağdamın icra başçısı qəbul keçirdi - Fotolar

Ağdamın icra başçısı qəbul keçirdi - Fotolar

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov səyyar qəbul keçirib.

“Qanunyolutv.az” xəbər verir ki, qəbuldan əvvəl RİH başçısı Vaqif Həsənov Qarabağ münaqişəsi dövründə şəhid olan İsmayılov Elman İsmayıl oğlunun və Vəliyev Rauf Faxrəddin oğlunun xatirəsinə inşa edilmiş abidəni ziyarət edib. 
Ağdamın icra başçısı qəbul keçirdi - Fotolar

Səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. 

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün görüşlərin keçirilməsinin önəmli olduğunu qeyd edib.
Ağdamın icra başçısı qəbul keçirdi - Fotolar

Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb. 

Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Ağdamın icra başçısı qəbul keçirdi - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter