Nural Əliyev vəzifəsindən azad ediləcək
- 22.05.2026, 13:00,
- Siyasət
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək.“Qanunyolutv.az” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə olunan layihədə əksini tapıb.
Layihədə yazılıb ki, Nural Turab oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunacaq. Tanınmış hakimin bundan sonra hansı vəzifədə çalışacağı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Nural Əliyev daha əvvəl Gəncə Ağır Cinayətlər Məhkəməsində çalışıb. O, ölkə gündəmində müzakirə edilən bir çox cinayət işlərini araşdırıb.