TƏBİB-də daha 2 yeni təyinat - Fotolar
- 26.08.2025, 16:30,
- Xəbər / Səhiyyə
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Bəzi tibb müəssisələrinə yeni direktorlar və direktor müavini təyin olunub.“Qanunyolutv.az” xəbər verir ki, təyinatlar
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatı əsasında həyata keçirilib.Belə ki,
Zahir Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor,
Talıb Məmmədov isə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Cənub regional təcili və təxirəsalınmaz tibbi yardım xidməti üzrə direktor müavini təyin olunub.
Göyçay Rayon Mərkəzi Xəstəxanasının yeni direktoru Zahir Əliyev ixtisasca pediatrdır, yeni təyinatınadək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisəsində baş həkim vəzifəsində çalışıb.
Talıb Məmmədov isə buna qədər Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.
Xatırladaq ki, bir müddət öncə yeni təyinatlar gerçəkləşib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor
Oktay Əmənullayev, Astara Rayon Mərkəzi Xəstəxanasına isə
Bahadır Əhmədov təyinat alıb.