Tələbələrin təqaüdü artırıldı - Sərəncam
- 24.07.2025, 14:00,
- Siyasət
Baxılıb: 7
Facebook
Вконтакте
Одноклассники
Google+
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılıb.“Qanunyolutv.az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla təqaüdlərin məbləğləri sentyabrın 1-dən aşağıdakı kimi müəyyən edilib:
Doktorantura səviyyəsi üzrə:- elmlər doktoru hazırlığı üzrə doktorantlara – 450 manat;
- fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 300 manat;Ali təhsil müəssisələrində:Magistratura səviyyəsi üzrə:- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 240 manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 180 manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 120 (yüz iyirmi) manat;Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə:- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 200 (iki yüz) manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;Orta ixtisas təhsili müəssisələrində:- akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
- akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 90 (doxsan) manat;
- akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 70 (yetmiş) manat;Peşə təhsili müəssisələrində:- akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 110 (yüz on) manat;
- akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 90 (doxsan) manat;
- akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 70 (yetmiş) manat.
