ADAU-da bu ixtisaslar üzrə tələbə təqaüdlərinin məbləği artırılıb

ADAU-da bu ixtisaslar üzrə tələbə təqaüdlərinin məbləği artırılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının qərarına əsasən, 2021-2022-ci tədris ilində qəbul imtahanlarında 400 və daha çox bal toplayaraq Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olan abituriyentlərə 150 manat, 500 və daha çox bal toplayanlara isə 250 manat əlavə təqaüd veriləcək.

"Qanunyolu.info.az" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, buna qədər qeyd olunan kateqoriyadan olan tələbələrə müvafiq olaraq 100 və 200 manat əlavə təqaüd ödənilib.

Elmi Şuranın digər qərarına əsasən, ADAU-da ingilis dilində təhsil alan tələbələrə əlavə olaraq hər ay 100 manat, imtahan sessiyaları zamanı altı fəndən maksimum nəticə göstərmiş tələbələrə isə 150 manat əlavə təqaüd verilməsi nəzərdə tutulur. 2021-ci ilədək analoji kateqoriya tələbələrə müvafiq olaraq 70 və 100 manat əlavə təqaüd verilib.
ADAU-da bu ixtisaslar üzrə tələbə təqaüdlərinin məbləği artırılıb

Universitetin stimullaşdırıcı təqaüd proqramları haqqında məlumat verən AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, əlavə təqaüdlərin məbləğinin artırılması tələbələrin sosial rifah vəziyyətini yaxşılaşdırmaqla yanaşı, onların aqrar sahənin mütəxəssisi kimi yetişməsində mühüm rol oynayacaq.
ADAU-da bu ixtisaslar üzrə tələbə təqaüdlərinin məbləği artırılıb

ADAU-da bu ixtisaslar üzrə tələbə təqaüdlərinin məbləği artırılıb
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter