Bayramov Lavrovla hansı məsələləri müzakirə edib? - Yenilənib
- 12.04.2025, 15:00,
- Siyasət
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüş keçirir.“Qanunyolutv.az” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
****
Azərbaycan XİN-in yaydığı məlumata görə, görüş zamanı nazirlər ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi-ticarət, humanitar və təhsil aspektlərini müzakirə ediblər.Tərəflər həmçinin regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Əməkdaşlıq gündəliyində duran məsələləri müzakirəsi baxımından ali və yüksək səviyyəli səfərlərin, qarşılıqlı təmasların əhəmiyyəti vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən üçtərəfli, dördtərəfli formatlar çərçivəsində əməkdaşlığın faydalı olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.