Bayramov Lavrovla telefonla danışdı - Yenilənib

  • 24.10.2023, 21:30,
  • Siyasət
  • Baxılıb: 2
Bayramov Lavrovla telefonla danışdı - Yenilənib

Xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə telefonla danışıb.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, XİN başçıları Bakı və İrəvan arasında normallaşma üçün səylərin artırılmasının zəruriliyini təsdiqləyiblər.

Tərəflər, həmçinin regional “3+3” formatını müzakirə edib və bu platformanın təşviqi üzərində işi davam etdirmək barədə razılığa gəliblər.
****

Azərbaycan Xarici İşlər Nazirliyi telefon danışığı ilə bağlı məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri, bölgədəki cari vəziyyət, “3+3” regional platformasının Tehranda keçirilmiş nazirlər iclasının nəticələri, Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının cari ilin dekabr ayında Moskvada keçirilməsi nəzərdə tutulan iclasının gündəliyində duran məsələlər barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində real şansların olduğu, bölgədə yaranmış tarixi imkanın əldən verilməməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter