Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik etdi
- 30.03.2025, 11:00,
- Siyasət
Baxılıb: 5
Facebook
Вконтакте
Одноклассники
Google+
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.“Qanunyolutv.az” xəbər verir ki, təbrikdə deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizə mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq. Sizə cansağlığı və xoşbəxtlik arzulayırıq.
Allahdan diləyirik ki, bu mübarək bayramda Zati-alinizə və qardaş xalqınıza daha çox tərəqqi və firavanlıq nəsib etsin, həmçinin İslam ümmətimizi qüdrətli və sabit etsin.
Zati-alinizə salamlarımızı çatdırır və ehtiramımızı bildiririk.
Qardaşınız,
Salman bin Əbdüləziz Al Səud
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı”.