Səudiyyə Ərəbistanı vəliəhdi və Avstraliyanın General-Qubernatoru İlham Əliyevi təbrik etdilər
- 21.05.2022, 19:00,
- Siyasət
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib.“Qanunyolutv.az” xəbər verir ki, təbrik məktubunda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və firavanlıq arzu edirik”.
Avstraliya İttifaqının General-Qubernatoru Devid Con Hörli də Prezidentə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:“Zati-aliləri.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına Avstraliya hökuməti və xalqı adından ən səmimi arzularımızı çatdırıram.
Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri gələcəkdə də uğurla inkişaf edəcək”.