İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verdi
- 22.05.2020, 18:49,
- Siyasət
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Arif Alviyə məktub ünvanlayıb. "Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,
Kəraçi şəhəri yaxınlığında Pakistan Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!"