Əliyev həmkarına başsağlığı verdi
- 28.11.2019, 15:59,
- Siyasət
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya başsağlığı verib.
Qanunyolu.info.az“ Qafqazinfo”-ya istinadən xəbər verir ki, başsağlığı mətnində deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.