FHN-i Kəmaləddin Heydərov qəzaya düşdü - Video

  • 21.05.2020, 10:00,
  • Siyasət
  • Baxılıb: 50
FHN-i Kəmaləddin Heydərov qəzaya düşdü - Video










Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov qəzaya düşüb.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.
"Qanunyolu.info.az", məlumatına görə, nazirin dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində xidməti maşını qəzaya düşüb.

Mühafizəçilər dərhal naziri arxadakı maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.

Yayılan videodan görünür ki, 90 AA 900 nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqforun qırmızı işığından keçərək “Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsiz yastıqları açılır.

Qeyd edək ki, qəza törədən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını imiş.

Həmin görüntüləri təqdim edirik:
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter