“Birmənalı olaraq həmin şəxslərin xeyrinə qərar veririk”
- 20.05.2020, 20:36,
- Siyasət
Baxılıb: 11
Facebook
Вконтакте
Одноклассники
Google+
“Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinə hər hansı əməkdaşın məsuliyyətsiz yanaşması ilə bağlı müraciətlər daxil olmayıb”."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynov bu gün keçirdiyi onlayn mətbuat konfransında deyib.
O qeyd edib ki, Xidmətə müraciətlər əsasən müvəqqəti yaşamaq icazələrinin uzadılması ilə bağlı olub: “Bu cür məsələləri xüsusi həssaslıqla araşdırırıq. Birmənalı olaraq həmin şəxslərin xeyrinə qərar veririk. Daxildə də əməkdaşlara xəbərdarlıqlar edirik. Bilirsiniz ki, insanların özünün elektron qaydada müraciət etməsində narahatlıqlar yaranır. Onlar elə biliblər ki, müraciət ediblər, amma başqa elektron xidmətə müraciət edib. Biz özümüz də maraqlıyıq ki, hər hansı narahatlıq yaradan məsələni həll edək”.
V. Hüseynov həmçinin bu müddət ərzində ölkədə yaşayan əcnəbilərin koronavirusa yoluxması ilə bağlı sualı da cavablayıb. O qeyd edib ki, ölkəmizdə yaşayan əcnəbilərdən karantinə yerləşdirilən şəxslər var idi: “Yoluxan əcnəbi şəxslərlə bağlı dəqiq rəqəm yoxdur. Biz aidiyyatı qurumdan əldə edib açıqlaya bilərik”.
Xidmət rəhbəri həmçinin icazələrlə bağlı dövlət rüsumunda hər hansı dəyişiklik olmadığını da qeyd edib. O bildirib ki, 60 ay müddəti bitən şəxslər üçün rüsum ödənişi tələb edilmir: “Həmin şəxslərin sərhədlər açılanda gedişi bərpa olunacaq. İki ay keçəndən sonra heç bir müraciət tələb edilmir”.
