Azərbaycanda bu qədər əcnəbi yaşayır

  • 20.05.2020, 20:23,
  • Siyasət
  • Baxılıb: 26
Azərbaycanda bu qədər əcnəbi yaşayır












“Hazırda ölkədə 134 298 əcnəbi yaşayır”.

"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlər” mövzusunda keçirilmiş onlayn mətbuat konfransında deyib. O bildirib ki, ölkədə olan əcnəbilərin yüksək faizi Rusiya Federasiyasının vətəndaşlarıdır:

“Ötən ilə nisbətən bu il yanvar-fevral aylarının statistikasında ölkəyə gələn əcnəbilərin sayında 15% artım müşahidə olunurdu. Ancaq karantin müddəti başladıqdan sonra 44 faiz azalma var”.

Vüsal Hüseynovun sözlərinə görə, karantin dönəmində çağrı xidmətinə zənglər kəskin artıb:

“Çağrı xidmətimiz 24 saat gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Əgər hər hansı bir şəxsin Dövlət Miqrasiya Xidmətinə müraciəti olubsa, sənədləri natamam olsa da, bütün məsələlər araşdırıldıqdan sonra qərarlar ölkədə olan əcnəbilərin xeyrinə qəbul olunacaq. Bu müddət ərzində cərimə məsələlərinə xüsusi yanaşılır”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter