“Bizdə təhsil dayandırılanda bu qərar yalnız 15 ölkədə verilmişdi”

  • 28.04.2020, 00:06,
  • Siyasət
  • Baxılıb: 15
“Bizdə təhsil dayandırılanda bu qərar yalnız 15 ölkədə verilmişdi”












“Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda martın 2-də Prezident İlham Əliyevin sərəncamı ilə təhsilin dayandırılması zamanı bu qərar yalnız 15 ölkədə verilmişdi”.

"Qanunyolu.info.az", “Qafqazinfo"nun verdiyi xəbərə istinadən, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, sonradan beynəlxaq təşkilatların tövsiyəsi ilə 195 ölkə bu addımı atıb: “Karantin dövründə tədris məzmunun şagirdlərə çatdırılması üçün bir sıra tədbirlər həyata keçirilib. Təhsil haqqı ödənilən tələbələr yaradılan alt sistem vasitəsilə özlərini qeydiyyatdan keçirəcəklər. Sonra həmin şəxsləri ali təhsil müəssisələri üzrə təyin olunmuş xüsusi şəxslər təsdiq edəcək. Daha sonra bu məlumatlar analiz ediləcək və şərtlərə uyğun ailələrin üvzü olan tələbələrin 2020-ci il yaz, 2021-ci il qış sessiyasının təhsil haqqı ödəniləcək”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter