Mehriban Əliyeva Kotsoyevi də təbrik etdi
- 23.05.2024, 23:30,
- Siyasət
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.“Qanunyolutv.az” xəbər verir ki, Mehriban Əliyeva bu barədə instaqram hesabında paylaşım edib.
“İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”, - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Mehriban Əliyeva bir neçə gün öncə cüdoçu Hidayət Heydərovu da dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik etmişdi.