Vilyam Hacıyev məhkəmədən sonra bu sözləri deyib
- 07.05.2020, 19:35,
- Siyasət
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyev məhkəmədən çıxan zaman ailəsinə mesaj göndərib."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, Vilyam Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib. Sabiq başçı avtomobilə mindirilən zaman üzünü ailə üzvlərinə tutaraq deyib:
"Hər şey yaxşı olacaq, bu günlər də keçəcək. Möhkəm olun".
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Səbail rayon Məhkəməsi V.Hacıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.