Prezident seçkilərinin nəticələri təsdiqləndi - Video - Yenilənib

  • 13.02.2024, 11:00,
  • Siyasət
  • Baxılıb: 5
Prezident seçkilərinin nəticələri təsdiqləndi - Video - Yenilənib

Fevralın 13-də Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilir.

“Qanunyolutv.az” xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılır.
****

Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib.

Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqləyib.

Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter