Prezidentdən icra başçısı ilə baglı -Sərəncam
- 15.12.2019, 15:50,
- Gündəm / Siyasət
Baxılıb: 79
Facebook
Вконтакте
Одноклассники
Google+

Cabbarov Siraqəddin Nəcəf oglu – 15 dekabr 1959 –cu ildə İmişli rayonunda anadan olmuşdur.1981 –ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik institutunu bitirmişdir.İxtisasca mühəndis-mexanikdir.
Əmək fəaliyyətinə 1981- ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini, zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə çalışmışdır.
28 avqust 1992 –ci ildən 25 aprel 2008 –ci ilə kimi Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri,Təsərüffat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və başçının müavini vəzifələrində, 25 aprel 2008- ci tarixdən 17 may 2019- cu il tarixədək Saatlı rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 may 2019- cu il tarixli Sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017- ci il tarixli Sərəncamı ilə 2- ci dərəcəli “Əmək “ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2019- cu il tarixli Sərəncamı ilə isə Siraqəddin Cabbarov 2-ci dərəcəli “ Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Bizdə “Qanunyolu.info.az” xəbər portalının kollektivi adından Sabirabad RİH-nin başçısı Siraqəddin Cabbarovu layiq oldugu titulları alması münasibətilə səmimi qəlbdən təbrik edir,Ona və başçılıq etdiyi içgüzar komandasına işlərində daha ugurlar, nailiyyətlər və müvəffəqiyyətlər arzulayırıq.Fürsətdən istifadə edərək Siraqəddin Cabbarovu, onun ailəsini qarşıdan gələn 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə də təbrik edirik və həyatda sevinc dolu günlər arzulayırıq.
