“Heydər Əliyev İli” ilə bağlı tədbir keçirildi

  • 18.05.2023, 16:00,
  • Siyasət
  • Baxılıb: 5
“Heydər Əliyev İli” ilə bağlı tədbir keçirildi

Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirilib.

"Qanunyolutv.az" xəbər verir ki, tədbirdən əvvəl mərasim iştirakçıları Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edən Hərbi prokurorun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Sumqayıt hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Raul Şahverdiyev və digər şəxslər Heydər Əliyevin zəngin fəaliyyətindən, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxışçılar, eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddətdə ölkəmizdə görülmüş işlərdən, islahatlardan, Silahlı Qüvvələrimizin formalaşmasından danışıblar. Çıxışlarda həmçinin Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan möhtəşəm qələbə xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrdə prokurorluğun, o cümlədən hərbi prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, 44 günün unudulmaz təəssüratları xatırlanıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter