İlham Əliyev Toivo Klaarı qəbul etdi - Yenilənib

  • 06.03.2023, 15:00,
  • Siyasət
  • Baxılıb: 1
İlham Əliyev Toivo Klaarı qəbul etdi - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

“Qanunyolutv.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
****

Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

“Qanunyolutv.az” xəbər verir ki, dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırlayıb və ölkəmizin Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.

Toivo Klaar da öz növbəsində Münxendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd etdi və Avropa İttifaqının da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini deyib.

Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter