İlham Əliyev Şarl Mişellə görüşdü - Fotolar+Yenilənib
- 17.02.2023, 19:00,
- Siyasət
Baxılıb: 3
Facebook
Вконтакте
Одноклассники
Google+
Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub.“Qanunyolutv.az” xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
****
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlar və Brüssel sülh prosesi ətrafında müzakirələr aparılıb.
Prezident İlham Əliyev Azərbaycanın Brüssel sülh prosesini dəstəklədiyini qeyd edib.
Şarl Mişel Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında, sülh müqaviləsi üzrə danışıqlarda, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasında səylərini bundan sonra da davam etdirəcəyini bildirib.
Söhbət zamanı, həmçinin Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.