Putin İlham Əliyevi təbrik etdi
- 23.12.2022, 12:00,
- Siyasət
Baxılıb: 24
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.“Qanunyolutv.az” xəbər verir ki, məktubun mətnində deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir. Dövlətlərimiz arasında müttəfiqlik qarşılıqlı fəaliyyətinin nizamlanmasına və möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.
Bizim etimada əsaslanan yoldaşlıq münasibətlərimizi səmimi-qəlbdən yüksək dəyərləndirirəm. Əminəm ki, biz ikitərəfli və regional gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi davam etdirəcəyik.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq və uğurlar diləyirəm. Fürsətdən istifadə edib Sizin ailənizə ən səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.