“Köməkçilərimizi qeydiyyatdan keçirə bilmirik”

  • 18.04.2020, 00:05,
  • Siyasət
  • Baxılıb: 29
“Köməkçilərimizi qeydiyyatdan keçirə bilmirik”












“Köməkçilərimizi qeydiyyatdan keçirə bilmirik”. "Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, bunu deputat Sabir Rüstəmxanlı deyib. O bildirib ki, bütün deputatların köməkçiləri Bakı qeydiyyatında deyil:

“Mənim köməkçim Neftçalada yardım paylayır. Amma mən onu hələ də köməkçim kimi təsdiqlədə bilməmişəm, həmin adam Neftçala qapı-qapı yardım paylayır. Biz onlayn formada iclasda iştirak edə biliriksə, bu məsələ də bu formada həll olunsun”.

Spiker Sahibə Qafarova deyib ki, bu məsələdə sənədlərdə çatışmazlıq var: “Fürsətdən istifadə edib demək istəyirəm ki, bir çox deputatların köməkçilərinin adları Bakıdadı, amma əslində hansısa rayondadırlar. Sənədləri hazır deyil. Xahiş edirəm, sənədlər düzgün toplanılsın”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter