Milli Məclisə qadın spiker seçildi - Yenilənib
- 11.03.2020, 14:16,
- Siyasət
Baxılıb: 28
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, bu gün VI çağırış Milli Məclisin yaz sessiyasının ilk iclası keçiriləcək."Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ilk iclasda spiker və onun köməkçiləri, o cümlədən komitə sədrləri seçiləcək.
Əldə etdiyimiz ilkin məlumata görə, Milli Məclisə spikerlik edəcək şəxsin kimliyi artıq məlumdur.
Belə ki, VI çağırış parlamentə xanım namizədin rəhbərlik edəcəyi gözlənilir. Həmin namizəd isə Sahibə Qafarovadır. Bundan əlavə, Milli Məclisin birinci vitse-spikerinin Əli Hüseynli, vitse-spikerlərdən birinin Adil Əliyev olacağı bildirilir.
Qeyd edək ki, parlamentin spikerini çoxluq təşkil edən partiya seçir. Bu səbəbdən də sədrin və birinci vitse-spikerin namizədliyini YAP irəli sürüb.
***
Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.
Qeyd edildi ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.
Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.
Sonra səsvermə olub və 116 səs lehinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.
