Həbsdə olan sabiq icra başçısı xəstəxanaya köçürüldü
- 06.10.2022, 11:30,
- Siyasət
Baxılıb: 12
Facebook
Вконтакте
Одноклассники
Google+
Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun səhhəti pisləşib."Qanunyolutv.az" xəbər verir ki, o, cəza cəzaçəkmə müəssisəsindən Pentensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Bu barədə onun vəkili Elnur Vəliyev açıqlama verib.
O bildirib ki, sabiq icra başçısı hazırda həkim nəzarəti altındadır: "Onunla görüşəndə özünü yaxşı hiss etmədiyini dedi. Ürəyinə kardioqrama etmişdilər. Məlum oldu ki, ürəyində çat yaranıb. Bildiyiniz kimi ürəyindən bu günə kimi 3 dəfə əməliyyat olunub. Çox güman ki, yenidən əməliyyat olunacaq".
Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma, mənimsəmə və digər faktlara görə 7 il 3 ay azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə, Ali Məhkəmə 5 il 9 aya endirib.