İlham Əliyev İran Prezidentinə başsağlığı verdi
- 09.06.2022, 19:00,
- Siyasət
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə başsağlığı verib.“Qanunyolutv.az” xəbər verir ki, başsağlığında deyilir:
“Hörmətli cənab Prezident,
Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!”