Zakir Həsənov Türkiyədə səfərdədir - Video + Fotolar

  • 01.02.2022, 14:00,
  • Siyasət
  • Baxılıb: 43
Zakir Həsənov Türkiyədə səfərdədir - Video + Fotolar

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə səfərdədir.

“Qanunyolu.info.az” xəbər verir ki, Zakir Həsənov Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün mavzoleyini - “Anıtqəbir” memorialını ziyarət edib.

Azərbaycanın Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Zakir Həsənov Türkiyədə səfərdədir - Video + Fotolar

Zakir Həsənov Xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında görüş başlayıb. Görüşdə ikitərəfli münasibətlər, eyni zamanda regional məsələlər müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan və Türkiyə müdafiə nazirləri Zakir Həsənovla Hulusi Akar arasında son görüş ötən ilin noyabrın 8-də baş tutmuşdu.
Zakir Həsənov Türkiyədə səfərdədir - Video + Fotolar

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter