“Bu gün Azərbaycan dünyada öz siyasətini yeridir” - Rəsulzadənin nəvəsi + Video

  • 31.01.2022, 15:30,
  • Siyasət
  • Baxılıb: 33
“Bu gün Azərbaycan dünyada öz siyasətini yeridir” - Rəsulzadənin nəvəsi + Video

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

138-ci doğum günü ilə əlaqədar olaraq M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Azərbaycan Televiziyasının (AzTV) “Telesəhər” verilişinin canlı yayımında qonaq olub.

“Qanunyolu.info.az” xəbər verir ki, o, müasir Azərbaycan dövlətinin Cümhuriyyətin konstitusion varisi olduğunu xatırladıb:

“Çox sevimli haldır ki, Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın müstəqilliyinin vacibliyi məsələsini həmişə vurğulayır. Bildirir ki, nəyin bahasına olursa-olsun, Azərbaycan müstəqilliyini qorumalıdır. Dövlət müstəqil olmasa, böyük nailiyyətlər əldə etmək olmaz.

Azərbaycan qalib bir ölkə kimi varsa, müstəqilliyini qorumasının, müstəqillik ideallarının yaşadılmasının nəticəsidir. Bu gün Azərbaycan dünyada öz siyasətini yeridir, Prezidentimiz bu siyasəti yeridir. Bu, çox düzgün siyasətdir. Biz görürük ki, dünyada nələr baş verir. Bu burulğanlarda respublikanı düzgün istiqamətləndirmək asan deyil.

Qarabağ müharibəsində də Azərbaycan göstərdi ki, kimdir qalib xalq. Vətən müharibəsi müddətində Prezidentimizin də yeni keyfiyyətləri ortaya çıxdı”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter