Azərbaycan xalqını təbrik edirəm-təsisçi və baş redaktordan
- 28.05.2020, 21:14,
- Gündəm / Siyasət / Cəmiyyət
Baxılıb: 139
Facebook
Вконтакте
Одноклассники
Google+
28 may. Bu gün tariximizə Respublika günü kimi daxil olub. Xalqımız hər il bu günü böyük təntənə ilə qeyd edir. Çünki həmin gün- 1918-ci il mayın 28-də Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də "İstiqlal bəyannaməsi" ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk Xalq-Demokratik Respublikası idi.Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır.
Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Onu qazanmaq və qoruyub saxlamaq qurban qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızınböyük mübarizəsinin, onun böyük oğlu Məmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi.
Xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsilə iş qurtarmır. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir Azərbaycan vətəndaşı üzərinə düşən vətəndaş borcunu yerinə yetirməlidir.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkəmizə sülh, əminamanlıq, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayıram.
Qoy çətinliklə əldə edilən müstəqilliyimizi bütün vasitələrlə qoruyaq və möhkəmləndirək!
Yaçşasın Müstəqil Azərbaycan və Ali Baş Komandan Cənab İlham Əliyev! Respublika gününüz mübarək olsun!Hörmətlə:"Qanunyolu.info.az" xəbər portalının təsisçi və baş redaktoru Arif Süleymanlı
