“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi - Təsdiqləndi

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi - Təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Müşahidə Şurasının (MŞ) tərkibinin təsdiq edilməsi və Natiq Əmirovun Şuranın sədri təyin edilməsi haqqında” 6 noyabr 2017-ci il tarixli, ASK-nın MŞ üzvlərinin təyin edilməsi haqqında 10 iyun 2019-cu il tarixli, ASK-nın MŞ üzvlərinin təyin edilməsi haqqında 16 aprel 2020-ci il tarixli sərəncamlarını ləğv edib.

"Qanunyolu.info.az" xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncamda deyilir ki, Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

MŞ-nın sədri Natiq Əmirov – Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

MŞ-nın üzvləri:

İnam Kərimov – kənd təsərrüfatı naziri

Mikayıl Cabbarov – iqtisadiyyat naziri

Samir Şərifov – maliyyə naziri

Xalid Əhədov – Birinci vitse-prezidentinin köməkçisi

Elman Rüstəmov – Azərbaycan Mərkəzi Bankının sədri.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter