“Qarabağ” ordeni şəhidin ailəsinə təqdim olundu
- 06.07.2021, 21:30,
- Siyasət / Sosial / Xəbər
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyev 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Silahlı Qüvvələrin hərbi qulluqçularını “Qarabağ” ordeni ilə təltif edib. "Qanunyolu.info.az" xəbər verir ki, təltif olunanlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin şəhidi, kiçik gizir Mənəfov Şahmar Vidadi oğlu idi. Ordenin təqdim olunması üçün şəhidin ailəsi Neftçala rayon rəhbərliyi tərəfindən ziyarət olunub.
Ordenin təqdim olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ağsaqqallar iştirak edib.