Səfər Mehdiyev pakistanlı səfirlə görüşdü - Fotolar

  • 03.06.2021, 16:30,
  • Siyasət
  • Baxılıb: 36
Səfər Mehdiyev pakistanlı səfirlə görüşdü - Fotolar

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

“Qanunyolu.info.az” verdiyi məlumata görə, Komitə sədri Azərbaycanla Pakistan arasında strateji əməkdaşlıq və qardaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Bildirilib ki, beynəlxalq və regional əhəmiyyətli məsələlərdə dövlətlərimiz qarşılıqlı dəstək və etimad nümayiş etdirirlər. Səfər Mehdiyev 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq işinə bütün müstəvilərdə tam dəstək verən Pakistan dövlətinə və xalqına minnətdarlığını bildirib.
Səfər Mehdiyev pakistanlı səfirlə görüşdü - Fotolar

Ölkələrimizin əməkdaşlıq münasibətlərindən danışan səfir isə qeyd edib ki, iki ölkə arasında strateji əməkdaşlıqla yanaşı, iqtisadi münasibətlərin daha da dərinləşdirilməsi üçün mühüm imkanlar var və aidiyyəti qurumlar, o cümlədən gömrük orqanları arasında əməkdaşlığın genişləndirilməsi bu sahənin inkişafına, qarşılıqlı ticarət dövriyyəsinin artmasına təkan verə bilər.
Səfər Mehdiyev pakistanlı səfirlə görüşdü - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter