Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur
- 05.05.2021, 10:50,
- Siyasət / Xəbər
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkən Rüstəm Orucovun tanınmış generalın oğlu olduğu məlum olub.“Qanunyolu.info.az” musavat.com-a istinadən xəbər verir ki, Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olmuş general-mayor Novruzəli Orucovun oğludur.
Bu məqamda qeyd edək ki, bu, Rüstəm Orucovla bağlı mətbuata çıxmış ilk hadisə deyil. Belə ki, o, 2017-ci ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü
döymüşdü. Bu hadisədən sonra Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən
azad edilib.
Məhkəmənin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.