Azərbaycanda gənc xanəndə vəfat etdi

Azərbaycanda gənc xanəndə vəfat etdi

Gənc azərbaycanlı xanəndə Tuqay İsmayılov vəfat edib.

"Qanunyolu.info.az" xəbər verir ki, bu barədə kamança ifaçısı Pərviz Fərhadov məlumat verib. Xanəndənin dəqiq ölüm səbəbi açıqlanmasa da, bir həftəyə yaxındır ki, onun özünü narahat hiss etdiyi bildirilib. 1986-cı il təvəllüdlü müğənninin vəziyyəti bu gün səhər saatlarından ağırlaşıb.

Ehtimal edilir ki, Tuqay İsmayılov koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, müğənni yüksək səs diapazonuna görə son dövrlərdə populyarlıq qazanmışdı.



ALLAH RƏHMƏT ELƏSİN!
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter