Daha bir toy yarımçıq dayandırıldı, restoran sahibi məhkəməlik oldu - Video
- 10.04.2021, 17:20,
- Kriminal / Xəbər
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
Mingəçevirdə “Çinar” restoranında toy mərasiminin keçirilməsi müəyyən edilib."Qanunyolu.info.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, obyektin sahibi Rəşad Bəşirova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.
Polislər tərəfindən mərasimin təşkilatçıları və iştirakçıları, xidmət personalı barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, restoran sahibi R.Bəşirov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.